Mən sənin sevgini istəyirəm (film, 2012)
Mən sənin sevgini istəyirəm (ing. I Want Your Love) — rejissor Trevis Metyuzun dram filmi. 2012-ci ildə «NakedSword» gey pornoindustriyasının və Trevis Metyuzun birgə istehsalı ilə ekranizasiya edilmişdi.
Jesse adında gənc gey doğma Ohayoda yeni həyata başlamaq məqsədi ilə Kaliforniyanı tərk etməyə hazırlaşır. Yola düşməzdən əvvəl gənc oğlan dostlarının, qonşularının və keçmiş sevgililərinin ətrafında vaxtını keçirir. 10 ildən çox yaşadığı şəhərlə ayrılığın acı hissləri, onun yaradıcılığı və ambissiyaları yaşamaq üçün pul qazanmağın qəddar real üzü ilə heç bir adiyyatı yoxdur.
Jesse Metzger, Baş qəhrəman.O öz doğma şəhərinə qayımaq məcburiyyətindədir.
Brontez Purnell, Jesse'in dostu, geyim dükanında işləyir
Ben Jasper, Jesse'in ex-boyfriendi, reklam sənəti ilə məşğuldur
Keith McDonald, Jesse'in dostu və mənzil yoldaşı
Wayne Bumb, Jesse'in ən yaxın dostu və mənzil yoldaşı
Ferrin Solano, Wayne'in boyfriendi
Jorge Rodolfo, Wayne'in yaxın dostu, o əvvəlcə Wayne'i Ferrinə çox qısqanırdı, lakin sonra üçlükdə sekslə məşğul olmağa razı olur.
"Mən sənin sevgini istəyirəm" filmi San Fransiskoda yaşayan dostların homoseksual əlaqələrindən bəhz edir. Filmin qısametrajlı versiyası hələ 2010-cu ildə ekranlaşdırılmışdı, o zaman da filmin rejissoru Trevis Mettyuz idi.